MotoGP üzrə dünya çempionatında mövsümünün 8-ci mərhələsi olan Macarıstan Qran-prisi başa çatıb.

Balatonfökayar trasında baş tutan yarışın qalibi “Dukati” komandasının üzvü olan ispaniyalı 7 qat dünya çempionu Mark Markes olub. Bununla da təcrübəli motosikletçi mövsümdə ilk dəfə finiş xəttini birinci keçib. Yarışı ikinci pillədə KTM komandasında çıxış edən onun həmyerlisi Pedro Akosta başa vurub. İlk “üçlüy”ü isə daha bir “Dukati” təmsilçisi, italiyalı Françesko Banyaya tamamlayıb.

Yeri gəlmişkən, yarışın startı dramatik hadisə ilə yadda qalıb. İlk döngələrdə kütləvi qəza baş verib. Nəticədə insident nəticəsində çempionatın liderləri sırasında yer alan Marko Bezzekki ilə Xorxe Martin mübarizəni erkən dayandırmaq məcburiyyətində qalıblar. Hər iki motosikletçi “Aprilia” komandasını təmsil edir.

Shares: