Baş məşqçi Azər Bağırovla vidalaşan “Kəpəz” hələ də ona əvəzedici tapmayıb. Klub rəhbərliyi bir neçə mütəxəssislə danışıq aparsa da, yekun qərar verilməyib.
Futbolinfo.az xəbər verir ki, gəncəlilərin yubanmasının səbəbi var. Rəhbər postlarda bəzi dəyişikliklərn olması gözlənilir. Məhz bundan sonra həm baş məşqçi, həm də heyətlə bağlı real addımlar atılacaq.
Hazırkı qeyri-müəyyənliyə bu həftənin ilk 3 günü ərzində aydınlıq gəlməlidir. Öncə klubun yeni sponsoru müəyyənləşəcək, daha sonra isə məşqçi məsələsinə nöqtə qoyulacaq.





