“Fənərbağça” klubunda növbədənkənar prezident seçkiləri keçirilib. Yekunda Türkiyə nəhənginin yeni rəhbəri klubun sabiq prezidenti Aziz Yıldırım seçilib.

O, digər namizəd Hakan Safini üstələyib. Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən “Fənərbağça”nın prezidenti seçilib. Köhnə-yeni prezident növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.

Aziz Yıldırım daha əvvəl 20 il – 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidenti olub. 73 yaşlı funksioner 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.

Shares: