Sergey Yuran “SKA-Xabarovsk” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, klub rəhbərliyinə vəzifəsindən azad edilmək xahişi ilə müraciət edib. Ailə səbəblərinə görə istefaya göndərilməsini xahiş edən mütəxəssisin istəyi yerinə yetirilib.

Xatırladaq ki, Xabarovsk komandası Rusiya 1-ci Liqasında çıxış edir. Son mövsümdə komanda 42 xal toplayaraq turnir cədvəlində 12-ci yeri tutub.

Yuran vaxtilə “Simurq”un baş məşqçisi kimi ölkəmizdə çalışıb. O, “SKA-Xabarovsk”a bir həftə öncə təyinat almışdı.

Shares: