Mayın sonunda baş məşqçi Andrey Demçenko ilə yollarını ayıran “Araz-Naxçıvan” yeni çalışdırıcısının adını hələ də rəsmən açıqlamayıb.

Muxtar Respublika təmsilçisinin baş məşqçi postuna Cavid Hüseynovun gətiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin klub tərəfindən bununla bağlı hələlik rəsmi təsdiq verilməyib.

Yeni baş məşqçinin nə vaxt açıqlanacağı ilə bağlı futbolinfo.az saytının sualını cavablandıran “Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov yaxın günlərdə həm yeni baş məşqçinin, həm də komandanın yay hazırlıq planının açıqlanacağını bildirib: “Yaxın günlərdə həm baş məşqçi, həm də hazırlıq planı barədə rəsmi məlumat veriləcək. Hələ ki, rəsmiləşməyib deyə açıqlama verə bilmirik”.

GÜNAY SÜLEYMANOVA

Shares: