Türkiyənin nüfuzlu basketbol klublarından biri olan “Anadolu Efes” növbəti mövsüm öncəsi baş məşqçi dəyişikliyinə hazırlaşır.
Klub rəhbərliyi ötən mövsüm başa çatan kimi istefaya göndərdikləri italiyalı mütəxəssis Luka Banki ilə danışqlar aparır.
Qeyd edək ki, Türkiyə çempionatının yarımfinal seriyasında “Fənərbağça”ya seriyada 1:3 hesabı ilə məğlubiyyətdən sonra hazırkı baş məşqçi Pablo Laso ilə yolların ayrılması gözlənilir.
Xatırladaq ki, Laso ötən ilin dekabrında komandanın sükanı arxasına keçərək İqor Kokoşkovu əvəz etmişdi. Onun rəhbərliyi altında “Anadolu Efes” Avroliqanın müntəzəm mövsümünü 19-cu pillədə başa vurub. Komanda Türkiyə çempionatında isə yarımfinal mərhələsindən irəli gedə bilməyib.






