“Qolden Steyt”in ulduz basketbolçusu Stefen Körri MBA tarixinin ən yaxşı pleymeykeri olub-olmaması ilə bağlı suala cavab verib.
Belə ki, keçmiş MBA basketbolçusu Jilbert Arenas ilə söhbət zamanı Körridən “Sən bütün dövrlərin ən yaxşı pleymeykerisən?” sualını soruşub.
Stefen isə qısa şəkildə belə cavab verib:
“Bəli. Elə olmalıdır. Bu mübarizədə mən və Məcik varıq.” Arenas qeyd edib ki, uşaqlıq illərində heç kim 206 santimetr boyu olan əfsanəvi Məcik Conson kimi pleymeyker olmaq istəmirdi. Onun sözlərinə görə, bu gün isə demək olar ki, hər bir uşaq Körri kimi oynamağa çalışır: “Statistikaya baxanda deyirəm ki, əvvəlcə Məcik, sonra Körri gəlir. Amma uşaqlara və həvəskar basketbola baxanda mənzərə fərqlidir”.
“Qolden Steyt”in ulduzu isə Körri isə Məcik Consonun nailiyyətlərini yüksək qiymətləndirib: “Məcikin karyerası inanılmazdır. Ümumiyyətlə, belə bir müqayisənin aparılması belə mənim üçün böyük hadisədir. Heç vaxt düşünməzdim ki, özümü belə bir mövqedə tapacağam. Bu, çatmağa dəyər böyük bir zirvədir. Amma mən hələ də oynayıram. Gələcəkdə nələrin olacağını görəcəyik.”
Qeyd edək ki, Karri MBA tarixinin ən çox dəqiq “üçlük” atan oyunçusudur. O, “Qolden Steyt”lə 4 dəfə çempionluq sevinci yaşayıb.






