Azərbaycan təmsilçisi Tatyana Smilovenko iyunun 11-14-ü aralığında Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatında iştirak edəcək.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Milli komandanın üzvü kanoe qayığında mübarizə aparacaq.

Xatırladaq ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil edilən Avropa çempionatında bürünc medala sahib olub.

Shares: