Fabian Buntiçin “Qarabağ”dan ayrılacağı dəqiqləşib. Futbolinfo.az saytının əldə etdiyi məlunata görə, Bosniya və Herseqovina millisinin çərçivə qoruyucusu Martin Zlomisliçin keçidindən sonra o, Ağdam təmsilçisini tərk edəcək.

Amma xorvat qapıçının Azərbaycanda qalmaq variantı var. Belə ki, Tyaqo Silva ilə yolları ayıran “Zirə” Buntiçlə danışıqlar aparır.

“Turan Tovuz”un yerinə avrokuboklara gedəcək Rəşad Sadıqovun komandası qapı xəttindəki çatışmazlığı onunla həll etmək istəyir. Buntiç “Zirə”də icarə əsasında da çıxış edə bilər.

Shares: