Avropa İttifaqı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçə qarşı sanksiyaların tətbiqi imkanını araşdırır.

Bu barədə “Euobserver” portalı öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, buna səbəb Dvorkoviçin Ukrayna ilə bağlı siyasi proseslərə açıq dəstək verməsi və əvvəllər Rusiya Şahmat Federasiyasının prezidenti vəzifəsini tutması göstərilir.

Qeyd olunur ki, potensial sanksiya siyahısına Rusiyanın idman naziri Mixail Deqtyaryov, Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov və Rusiya İdman Güləşi Federasiyasının rəhbəri Mixail Mamiaşvili də daxil edilə bilər.

Shares: