Azərbaycanın veteran futbolçusu, “Neftçi”nin sabiq hücumçusu Samir Ələkbərov baş məşqçi təyin edilib. 57 yaşlı mütəxəssis I Liqa təmsilçisi “Baku Sportinq”i çalışdracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən “Baku Sportinq”dədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı.

Ələkbərov indiyə qədər “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında işləyib.

Shares: