Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bəlli olacaq.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” kollektivləridir.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Bu gün Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin də püşkü atılacaq. Nyonda Bakı vaxtı ilə saat 19:00-da start götürəcək tədbirdə “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) komandaları yer alıb.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Shares: