Türkiyə futbolunun məşhur siması Volkan Dəmirəl Azərbaycanda çalışa bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən biri 44 yaşlı məşqçiyə təklif göndərib.
Komandanın adı açıqlanmasa da, Bakı təmsilçisi olduğu bildirilib. Hətta iddiaya görə, Dəmirəl Azərbaycan klubunun baş məşqçisi olmağa razılıq versə, illik 1,5 milyon dollar maaş alacaq.
Lakin mütəxəssis düşünmək üçün vaxt istəyib. Çünki Dəmirəlin “Fənərbağça”da çalışmaq variantı da var. Belə ki, yenidən “Fənərbağça” prezidenti seçilən Aziz Yıldırım baş məşqçi postuna Aykut Kocamanı, onun köməkçisi vəzifəsinə isə Volkan Dəmirəli gətirmək istəyir. “Fənər”in sabiq qapıçısı da doğma komandasında köməkçi və Azərbaycan klubunda baş məşqçi çalışmaq arasında seçim edəcək.
Qeyd edək ki, Volkan Dəmirəl son klubu “Gənclərbirliyi”ni bu ilin mayında tərk edib. Azərbaycanda isə Bakı klublarının heç birində baş məşqçi postu boş deyil. Ona görə də Türkiyə mətbuatının bu iddiası inandırıcı görünmür.
P.S.: Artıq Kocamanın “Fənərbağça”nın baş məşqçisi olmayacağı dəqiqləşdi. Deməli…






