Futbol üzrə dünya çempionatında İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Lamin Yamal (11), Mikel Oyarsabal (21, 24) və Həsən əl-Tambakti (49-avtoqol) vurublar.

Bu qrupun digər oyununda saat 02:00-da Uruqvay Kabo Verde ilə qarşılaşacaq.

Shares: