“Neftçi” Rusiyanın “Zenit” klubu ilə yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubu məlumat yayıb.

Bildirilib ki, Rusiya təmsilçisinin yay təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi 3 yoxlama matçındakı rəqiblər məlumdur. Komandanın iyulun 5-də Argentina “Ximnasiya”sı, 8-də “Neftçi”, 12-də isə Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlməsi planlaşdırılır. Lakin oyunların harada reallaşacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyulun 28-dək Bakıda hazırlıq keçəcək “Neftçi” ayın 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təlim-məşq toplanışında olacaq. Bakılılar 4 yoxlama görüşü keçiriləcəyini, onlardan ilkinin iyulun 2-də Serbiya təmsilçisi “Partizan”a qarşı olacağını açıqlayıb.

Shares: