Qustavo Klismanın “Neftçi”yə transferinin maliyyə detalları müəyyənləşib.
Futbolinfo.az “Record” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu keçid müqabilində Portuqaliya klubu “Santa Klara”ya təzminat ödəyib. Portuqaliyalılar 26 yaşlı yarımmüdafiəçinin transferindən minimum 500 min avroluq gəlir əldə etməyi planlaşdırırdı. Lakin klublar sonda 300 min avroda anlaşıblar. Nəticədə “Neftçi” Klismanı məhz bu məbləğə transfer edib.
Qeyd edək ki, Qustavo Klisman “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.






