Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor” heyətini gücləndirməkdə davam edir.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin maraq dairəsindəki daha bir oyunçunun adına aydınlıq gəlib.
Bursalılar “Qalatasaray”ın gənc üzvü Armando Güner üçün qarşı tərəflə danışıqlara başlayıb. Rəhbərlik 18 yaşlı futbolçunu birillik icarəyə götürmək niyyətindədir. Hətta “Bursaspor”un prezidenti Enes Çelik bununla bağlı həmkarı Dursun Özbəkə zəng edib.
Argentina əsilli oyunçunun keçidi Toral üçün də risk daşıyır. Çünki Günerin əsl mövqeyi sağ vingerdir. Hansı ki, “Bursaspor” rəhbərliyi Bayramovu məhz bu mövqe üçün transfer edib. Günerin həmyerlimiz kimi sol vinger və pleymeyker mövqeyində oynamaq bacarığı da var.
Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a “Qarabağ”dan transfer olunub.






