Kabo Verde millisi ardıcıl iki heç-heçədən məmnundur. Növbəti mərhələyə vəsiqə qazanmağa şansı qalan debütantın baş məşqçisi Bubista da sevincini gizlətmir.

Təcrübəli mütəxəssis Uruqvay yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra danışıb: “Komandamızı və bütün xalqımızı əldə olunan nəticələrə görə ürəkdən təbrik edirəm. Matçı çox çətin şəraitdə başa vurduq. Bir çox futbolçumuzun əzələsində problem yaranmışdı. Buna baxmayaraq, komandamız sonadək cəsarətlə mübarizə apardı, daim qələbə qazanmağa çalışdı və bu bizi çox sevindirir. Əldə etdiyimiz nəticədən məmnun qalmağa haqqımız çatır. Bütün oyunçularımıza güvənirik”.

Qeyd edək ki, Uruqvay – Kabo Verde matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Shares: