Rusiyanın “Zenit” klubu paylaşdığı məlumatı yeniləyib. Öncə “Neftçi” ilə yoxlama oyunu keçirəcəyini açıqlayan Sankt-Peterburq təmsilçisi düzəliş edib.
Sən demə, Rusiya təmsilçisi Azərbaycan yox, Özbəkistan “Neftçi”si ilə üz-üzə gəlməyi planlaşdırır. “Zenit” iyulun 5-də Argentina “Ximnasiya”sı, 8-də “Neftçi”, 12-də isə Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gəlməsi planlaşdırılır.
Qeyd edək ki, iyulun 28-dək Bakıda hazırlıq keçəcək bizim “Neftçi” ayın 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində təlim-məşq toplanışında olacaq. Bakılılar 4 yoxlama görüşü keçiriləcəyini, onlardan ilkinin iyulun 2-də Serbiya təmsilçisi “Partizan”a qarşı olacağını açıqlayıb.






