“Qarabağ” yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb. Bu haqda klubun mətbuat xidməi məlumat yayıb.

Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi “Tirol” klubu ilə qarşılaşacaq. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş” ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səfərə çıxan heyətdə Elvin Cəfərquliyev də yer alıb. Baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən və transferə çıxarılan 25 yaşlı müdafiəçinin taleyinə tezliklə aydınlıq gələcək.

Shares: