“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin Ukraynanın “Polessye” klubuna transferi hər an rəsmiləşə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı vingerin keçidi məsələsində klublar arasında danışıqlar, demək olar ki, yekunlaşıb. Tərəflər hazırda yalnız transferin xırda detallarını müzakirə edirlər. Andradenin Ukraynaya köçməsi nəticəsində “Qarabağ”ın təxminən 4-5 milyon avroluq gəlir əldə etməsi gözlənilir.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

Shares: