ABŞ-nin Nyu-York şəhərindəki “Barklays-sentr” arenasında Milli Basketbol Assosiasiyasının 2026-cı il draftı keçirilir. Tədbir iki günlük formatda təşkil olunub: birinci gün birinci raund, ikinci gün isə ikinci raund baş tutacaq.
Beləliklə, draftın ilk üç nömrəsi bəlli olub. Birinci nömrə 19 yaşlı amerikalı forvard Ey Cey Dibantsa olub. O, “Vaşinqton Uizards”ın oyunçusu olacaq. 19 yaşlı amerikalı müdafiəçi Derrin Piterson draftın ikinci nömrəsidir. O, “Yuta Caz” tərəfindən seçilib. Draftın üçüncü nömrəsi isə ABŞ-dən olan 18 yaşlı forvard Kemeron Buzerdir. Onun gələcək klubu “Memfis Qrizzlis” olacaq.
Əlavə edək ki, 2025-ci ildə draftın birinci nömrəsi hazırda MBA-nın “Dalllas Maveriks” klubunda oyun qurucusu və yüngül forvard mövqelərində çıxış edən amerikalı basketbolçu Kuper Fleqq olmuşdu.






