Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniya təmsilçisi “Universitatya” ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polesye” (Ukrayna) komandaları ilə qarşılaşacaq.






