Futbol üzrə millisinin dünya çempionatında pley-offa vəsiqə qazanması tarixi nəticədir.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Husam Hasan açıqlama verib.
Mütəxəssis G qrupunun III turunda İranla heç-heçə etdikləri (1:1) matçdan sonra fikirlərini bölüşüb:
“Komandamızın qrupdan çıxması tarixi nəticədir. İlk dəfə dünya çempionatlarında bunu bacardıq. Oyunçularımla fəxr edirəm. Son matçımız çətin alındı. Amma xarakter göstərdik. İndi bütün diqqətimizi Avstraliya ilə pley-off oyununa yönəldəcəyik”.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
