“Euroleague Commercial Assets” (ECA) şirkətinin Direktorlar Şurası Barselonada keçirilən iclasında basketbol üzrə Avroliqanın 2026/2027 mövsümü üçün iştirakçılarının heyətini təsdiqləyib. ECA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, “Beşiktaş” Avrokuboka keçən “Monako”nu əvəzləyərək birillik xüsusi dəvətnamə əldə edib.

“Monako” Avroliqanı öz istəyi ilə tərk edib və beşillik (3+2) lisenziya ilə Avrokuboka keçib. Klubun uzunmüddətli hədəfi — turnirin 2027/2028 mövsümündə 24 komandaya qədər genişlənəcəyi vaxt Avroliqaya daimi iştirakçı kimi qayıtmaqdır. “Monako” həmçinin maliyyə vəziyyətini yaxşılaşdırmağı, rəhbərlik və sponsorluq strukturundakı keçid dövrünü tamamlamağı hədəfləyir.

“Beşiktaş” isə öz növbəsində 2025/2026 mövsümündə Avrokubokun finalında “Burk” komandasına uduzaraq turnirin finalçısı olub. Türkiyə klubu Avroliqada sonuncu dəfə 2019/2020 mövsümündə çıxış edib. “Beşiktaş”ın 2026/2027 mövsümündə Avrokubokda da iştirakı nəzərdə tutulurdu, lakin Avroliqaya keçidi rəsmiləşdiyindən, böyük ehtimalla, həmin turnirdə başqa bir komanda ilə əvəzlənəcək.

Shares: