Avqustun 4-8-i aralığında qadın və kişi komandalar arasında çimərlik voleybolu üzrə klublararası Azərbaycan birinciliyi keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, yarışın ilkin mərhələsinin Bakı Su İdmanı Sarayında, medallar uğrunda həlledici qarşılaşmaların isə “Sea Breeze” ərazisində təşkil olunması nəzərdə tutulur.

Birincilikdə iştirak etmək istəyən klublar 25 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər.

Turnirin qalibi olacaq klub 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Shares: