Leonardo Spinazzola “Napoli”də qalacaq. Cinah müdafiəçisi İtaliya klibi iləanlaşmasının müddətini 2028-ci ilin yayınadək uzadıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı italiyalı 2024-cü ildə “Roma”dan azad agent kimi heyətə cəlb olunmuşdu. Onun eyni qayda ilə Neapoldan ayrılacağı gözlənilirdi. Amma sonda tərəflər qarşılıqlı razılığa gələ bilib.
Spinazzola bir çox İtaliya klubunda, o cümlədən uzun müddət “Yuventus”da çıxış edib. Turinlilər 2019-cu ildə onu 29,5 milyon avroya “Roma”ya satmışdı.
