“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində komandanı tərk edəcək. “Marca” nəşrinin məlumatına görə, Kataloniya klubunun rəhbərliyi və futbolçu əməkdaşlığa xitam vermək barədə qərar qəbul ediblər.

“Barselona” 22 yaşlı yarımmüdafiəçinin transferindən 20-25 milyon avro məbləğ əldə etməyi planlaşdırır. Oyunçu ilə “Milan”, “Beşiktaş”, “Əl-Hilal”, “Monako”, “Deportivo”, “Mançester Yunayted” və “Çelsi” kimi klublar maraqlanır.

2025/2026-cı il mövsümündə Mark Kasado 34 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, o, əvvəllər İspaniyanın əsas millisinə də dəvət alıb. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Shares: