İsveç yığmasının baş məşqçisi Qrem Potter məyusdur. Amma o, güclü rəqibə uduzduqları üçün təskinlik tapır.

Təcrübəli mütəxəssis dünya çempionatının 1/16 final görüşündə Fransaya məğlubiyyəti qüvvələr nisbətindəki fərqlə izah edir:

“Bu turnirdə Fransadan daha güclü komanda görməmişəm. Açığını desəm, bu gün mükəmməl oynasaydıq belə, onları məğlub edəcəyimizə əmin deyildim. Fransa hər mövqedə yüksək səviyyəli futbolçulara malikdir və bunu bir daha göstərdi. Onlar çox keyfiyyətli komandadırlar və qələbəyə tam layiq idilər.

Buna baxmayaraq, turniri başıuca tərk edirik. Bu gənc komanda dünya çempionatı ərzində böyük inkişaf yolu keçdi. Qrup mərhələsində çətinliklərin öhdəsindən gəldik və pley-offa yüksəldik. Bu təcrübə gələcəkdə bizə çox kömək edəcək”.

Qeyd edək ki, İsveç seçməsinə 3:0 hesabı ilə qalib gələn Fransa 1/8 finala yüksəlib.

Shares: