Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.

Ağdamlılar ilk olaraq Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qurban Qurbanovun yetirmələri ikinci matçında Macarıstanın “Ferentsvaroş” kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gələn “Qarabağ” Bakıda “Zirə”ni üstələyib – 4:3.

Shares: