İyunun 30-dan Londonda kişilər arasında Uimbldon turniri davam edib. 41 yaşlı isveçrəli tennisçi Sten Vavrinka yarışda son oyununu keçirib.
3 “Böyük dəbilqə” turnirinin çempionu olan tennisçinin aktivində ATP turnirlərində qazanılmış 19 titul var. Londonda karyerasının son oyununda Vavrinka italiyalı Matteo Berrettiniyə uduzub – 7:6 (9:7), 6:7 (16:18), 6:7 (7:9), 6:7 (5:7).
Keçirilən oyunlar arasında Fransada titul qazanan Aleksandr Zverevin qələbəsini qeyd etmək olar.
Aleksandr Bloks (Belçika) — Aleksandr Zverev (Almaniya) — 4:6, 7:6 (10:8), 6:7 (5:7), 6:7 (0:7);
Aleks de Minor (Avstraliya) — Roman Andres Burruçaqa (Argentina) — 7:6 (7:5), 6:1, 6:0;
Otto Virtanen (Finlandiya) — Ben Şelton (ABŞ) — 6:4, 3:6, 6:7 (8:10), 6:2, 7:6 (11:9);
Teylor Frits (ABŞ) — Duşan Layoviç (Serbiya) — 6:3, 6:4, 6:3;
Tanasi Kokkinakis (Avstraliya) — Aleksandr Bublik (Qazaxıstan) — 6:4, 3:6, 7:6 (12:10), 3:6, 4:6;
Yakub Menşik (Çexiya) — Tobi Samuel (Böyük Britaniya) — 5:7, 6:3, 6:3, 3:6, 7:6 (10:7);
Deyn Suini (Avstraliya) — Qriqor Dimitrov (Bolqarıstan) — 6:7 (4:7), 3:6, 5:7.
