İspaniya çempionatının 2026/2027 mövsümündə Madrid “Real”ı və “Barselona” arasındakı ilk oyunu 10-cu turda, oktyabrın 25-də baş tutacaq. Bu qarşılaşma “blauqrana”nın doğma stadionu olan «Kamp Nou»da keçiriləcək.

İkinci qarşılaşma isə mayın 9-da La Liqanın 35-ci turu çərçivəsində oynanılacaq. Komandalar “los blankos”ın ev stadionu olan “Santyaqo Bernabeu”da qarşılaşacaqlar.

İspaniya La Liqasının ötən mövsümünün ilk dövrəsində Madrid klubu Hans-Diter Flikin komandasına 2:1 hesabı ilə qalib gəlmişdi. İkinci dövrədə isə Kataloniya klubu Alvaro Arbeloanın komandasını 2:0 hesabı ilə məğlub etdi. Keçən mövsüm “Barselona” İspaniya çempionu oldu, madridlilər isə ikinci yeri tutdular.

Shares: