AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də keçiriləcək “Elbasani” (Albaniya) – BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
