«Aston Martin»in texniki direktoru Edrian Nyui ikiqat dünya çempionu Fernando Alonsonun hansı şərtlə Britaniya komandasında çıxışını davam etdirə biləcəyini açıqlayıb.
«Hər iki pilot məyusluq nümayiş etdirirdi və bu, bəzən mediaya da sızırdı. Amma bu başadüşüləndir. Onlar idmançıdırlar və ön sıralarda mübarizə aparmaq istəyirlər. Mən hazırda harada olduğumuz və hara doğru getdiyimiz barədə onların hər ikisi ilə çox danışmışam.
Növbəti yenilənmə çox vacibdir. Fernando bunu səbirsizliklə gözləyir. Əgər bu yenilənmə effekt versə, ümid edirik ki, o, daha bir mövsüm də sükan arxasında qalacaq. Alonsonun təcrübəsini, bolidi hiss etmək bacarığını və inkişafı yönləndirmək qabiliyyətini nəzərə alsaq, o, inanılmaz bir sərvətdir. Lakin Fernando aşkar tərəqqi görmək istəyir. Əgər biz mütləq şəkildə doğru istiqamətdə hərəkət etdiyimizi göstərə bilsək, o, sükan arxasında qalmağa hazır olacaq», — deyə komandanın mətbuat xidmətinə açıqlamasında Nyui bildirib.
