Türkiyə mətbuatı fərqli milliləri seçən futbolçu qardaşlarla bağlı araşdırma aparıb.

Futbolinfo.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin üzvü də var.

Belə ki, Türkiyə əsilli Ozan Can Kökçü 2022-ci ildən əsas yığmamızın formasını geyinib. Onun kiçik qardaşı Orkun Kökçü isə 2020-ci ildə Türkiyə millisini seçib.

Kökçülərlə yanaşı, siyahıda Jerome Boatenq (Almaniya) – Kevin Prins Boatenq (Qana), Pol Poqba (Fransa) – Florentin Poqba (Qvineya), Qranit Caka (İsveçrə) – Taulan Caka (Albaniya), Tyaqo Alkantara (İspaniya) – Rafinya (Braziliya), Niko Uilyams (İspaniya) – İnyaki Uilyams (Qana), Bredli Barkola (Fransa) – Malkolm Barkola (Toqo), Desire Due (Fransa) – Quela Due (Kot d İvuar), Conatan De Quzman (Niderland) – Yulian De Quzman (Kanada), Kristian Vyeri (İtaliya) – Massimiliano Vyeri (Avstriya), Valon Berişa (Kosovo) – Veton Berişa (Norveç), Ticani Reynders (Niderland) – Eliano Reynders (İndoneziya), Albert Sambi Lokonqa (Belçika) – Pol Joze Mpoku (Konqo), Karim Rekik (Niderland) – Omar Rekik (Tunis), Gedeon Kalulu (Konqo) – Pyerr Kalulu (Fransa), Morqan Qilavoqui (Qvineya) – Joşua Qilavoqui (Fransa) və Ramiro Funes Mori (Argentina) – Rogelio Funes Mori (Meksika) qardaşları da müxtəlif millilərin formasını geyiniblər.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycan millisinin heyətində 14 oyun keçirib.

Shares: