Yaponiya millisinin keçmiş yarımmüdafiəçisi Keysuke Honda komandanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra yığmaya rəhbərlik etməyə hazır olduğunu bəyan edib. Yaponiya 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə məğlub olub.

“Bilirəm, bu, mübahisələrə səbəb olacaq, amma yenə də deyəcəyəm. Moriyasuya müqaviləsinin müddətini bir illik uzatmaq təklif olunduğu barədə xəbərlər gördüm. Əgər bu, sadəcə uyğun bir xələf tapa bilmədikləri üçün müvəqqəti qərardırsa, o zaman mənə bir illik şans verin. Asiya Kubokunu uduzsaq, məni heç bir sorğu-sualsız qova bilərsiniz. Mən bu çağırışa hazıram”, — deyə keçmiş yarımmüdafiəçi sosial şəbəkədə yazıb.

Yaponiya millisinin baş məşqçisi Hacime Moriyasu 2018-ci ildən bu vəzifəni tutur.

40 yaşlı Honda 2018-ci ildən 2023-cü ilə qədər Kamboca millisinə rəhbərlik edib. O, futbolçu kimi bir çox klubda çıxış edib. 2021-ci ilin əvvəlində “Neftçi”yə gələn yarımmüdafiəçi Azərbaycan çempionu olmağı bacarmışdı.

Shares: