Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama matçını keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi “Polissya” ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində daha əvvəl “Universitatya” (Rumıniya) və “Ferentsvaroş”la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.

Shares: