“Ferrari”nin pilotu Şarl Lekler 2026-cı ilin “Formula 1” üzrə Britaniya qran-prisinin qalibi olub.

Futbolinfo.az xəbər verir ki, yarış “Silverstoun” trasında baş tutub.

“Mercedes”in pilotu Corc Rassel ikinci, onun “Ferrari” pilotu olan həmyerlisi Lüis Hemilton isə üçüncü yeri tutub.

Andrea Kimi Antonelli (“Mercedes”) yarışı 16-cı yerdə başa vurub. İtalyan pilot bu mövsüm ikinci dəfə xal qazanmağa da, çempionatda 179 xalla liderliyini qoruyur. Siyahıda ondan sonra Rassel (154) və Hemilton (147) qərarlaşıb.

Bu, Leklerin 2024-cü ilin oktyabrında Ostində keçirilən ABŞ Qran-prisindən bəri ilk qələbəsi olub. Monako pilotunun qələbəsiz seriyası 37 yarış davam edib.

Çempionatın onuncu mərhələsi 17-19 iyulda Belçikada keçiriləcək.

Shares: