“San Paulo”nun futbolçusu Mateus Belem karyerasını Azərbaycanda davam etdirməyə hazırlaşır.

Futbolinfo.az “onefootball.com” saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi “Qəbələ”yə keçəcək.

Braziliya klubunun baş məşqçisi Dorival Juniorun gələcək planlarına daxil olmayan mərkəz müdafiəçisi bir müddət əsas heyətdən ayrı məşq edib. Belem özü rəhbərliyə ilin sonuna qədər olan müqaviləsini yeniləməyəcəyini bildirib.

“San Paulo” da bu səbəbdən onu “Qəbələ”yə indi azad agent kimi buraxmağa razıdır. Lakin braziliyalılar onun gələcək transferindən gəlir əldə etmək məqsədilə futbolçunun satış hüququnun müəyyən faizini özündə saxlamaq niyyətindədir.

Gənc müdafiəçi ilə Qazaxıstan klubları və Portuqaliya II Liqa təmsilçiləri də maraqlanırlar. Ancaq “Qəbələ”nin təqdim etdiyi layihə həm futbolçunun, həm də onun menecerlərinin ürəyincə olub. Bu səbəbdən Belemin Azərbaycana köçməsi gözlənilir.

Shares: