Duqlas Kosta özünə yeni klub tapıb. Braziliya millisinin üzvü Səudiyyə Ərəbistanında oynayacaq.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Əl-İttifaq”la müqavilə bağlayıb. Asiyalılar onunla bir mövsümlük anlaşıb.

Duqlas bu ilin əvvəlində “Kyevo”ya keçmişdi. Amma braziliyalı daha sərfəli təklif alan kimi İtaliya klubu ilə vidalaşıb.

Ötən il “Neftçi”yə keçid müzakirə olunan Kosta “Şaxtyor”, “Bayern”, “Yuventus” kimi klublarda məşhurlaşıb.

Shares: