FIFA və UEFA yaxın vaxtlarda Rusiya milli komandası ilə ölkənin futbol klublarının beynəlxalq turnirlərə qaytarılmasını gündəmlərində saxlamır.

Britaniyanın “The Telegraph” nəşrinin yaydığı məlumata görə, buna əsas səbəb bir çox ölkələrin Rusiya təmsilçilərinin iştirakı ilə keçiriləcək oyunları boykot etməyə hazır olmasıdır. Bildirilir ki, məhz bu amil hər iki qurumun mövqeyinə təsir göstərir.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi daha əvvəl 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinə tətbiq edilən fəaliyyət məhdudiyyətini müvəqqəti dayandırmışdı. Bundan sonra FIFA və UEFA-nın da Rusiya futbolunun beynəlxalq arenaya qayıdışına icazə verə biləcəyi barədə iddialar ortaya çıxsa da, son məlumatlar bunun hələlik gündəmdə olmadığını göstərir.

Shares: