UFC-nin əfsanəvi döyüşçüsü Konor Makqreqor oktaqona qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, irlandiyalı idmançı haqqında bədbin olanlara cavab vermək istədiyini söyləyib:
“Əvvəllər də dediyim kimi, məqsədim “Üçqat tac”ı qazanmaqdır. İnsanlara yanıldıqlarını sübut etməkdən gözəl heç nə yoxdur. Hər kəsin öz fikrini bildirmək haqqı var. Bəzilərinin dedikləri də əsaslıdır. Uzun fasilə, zədə və həyat tərzimlə bağlı məntiqli suallar verirlər. Mən bunu başa düşürəm. Şənbə axşamı oktdqona çıxacağıq və yenidən hamını susduracağıq. Biznes böyüyür, pullar gəlir. Siz də bu oyuna qoşulun! Mak geri döndü. Məqsədim bu oyunu, bu biznesi silkələməkdir. Bu, dəqiqdir. Özümə sübut etmək istəyirəm ki, özüm haqqında dediyim adam elə mənəm. Mən elə olduğumu dediyim adamam”
Qeyd edək ki, Konor Makqreqor şənbə günü Las-Veqasda keçiriləcək UFC 329 turnirinin əsas döyüşündə Maks Holloueylə üz-üzə gələcək. Bu qarşılaşma idmançılar arasında 2013-cü ildən sonra baş tutacaq revanş döyüşü olacaq.
