Yay transfer dönəminin fəal komandalarından olan “Qəbələ” daha bir legioner transferinə hazırlaşır.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” Portuqaliyadan yarımmüdafiəçi gətirir.

Yeni mövsümdə hədəfi Premyer Liqada daha yüksək yerlər uğrunda mübarizə aparmaq olan bölgə təmsilçisi orta sahəni Portuqaliyanın III Liqa komandası “Uniao Santarem”in sabiq üzvü İdrissa Nanso ilə gücləndirəcək.

Adıçəkilən komandadan yenicə ayrılan 23 yaşlı qvineya-bissaulu futbolçu “Qəbələ” ilə müqavilənin şərtlərində demək olar ki, anlaşıb. Nansonun tezliklə Azərbaycana gələrək “Qəbələ” ilə münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Qeyd edək ki, İdrissa Nanso Portuqaliyanın “Samora Korreya” klubunun yetirməsidir.

824342 ori 20210922090659 idrissa camara 1 - Futbolinfo.az
Shares: