Mərakeş yığmasının baş məşqçisi Məhəmməd Vəhbi narazıdır. O, DÇ-2026-nın 1/4 final mərhələsində Fransaya qarşı keçirilən oyunda rəqibin qaydaları pozaraq qol vurduğunu deir.
Mütəxəssis məğlubiyyətə görə təəssüfləndiyini bildirib: “Həqiqətən çətin oyun oldu. Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi. VAR-ın bu epizodu nəzərə alaraq qolu ləğv edəcəyini gözləyirdik, lakin belə olmadı. Çox güclü komandaya qarşı çıxış etdik və məğlub olduq”.
Qeyd edək ki, Fransa millisi Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
