Dünya çempionatından kənarlaşan Kolumbiya millisində xoşagəlməz hadisələr yaşanır. Komandanın futbolçusu Xaminton Kampas İsveçrə ilə oyunda qaçırdığı qol epizoduna görə ölüm təhdidləri almağa başlayıb.
Aldığı ciddi təhdidlər səbəbindən gənc oyunçu ölkəsinə geri dönə bilmir. Məlumata görə, təkcə futbolçunun özü deyil, ailəsi də açıq şəkildə hədələnib.
Xatırladaq ki, 1994-cü il dünya çempionatında ABŞ ilə oyunda öz qapısına qol vuran Andres Eskobar Kolumbiya millisi turnirlə vidalaşdıqdan cəmi bir neçə gün sonra Medelyin şəhərində silahlı hücum nəticəsində qətlə yetirilmişdi. Həmin cinayətin futbolçunun avtoqolundan sonra yaranan böyük narazılıq və o dövrdə futbola pul yatıran cinayətkar qruplaşmalarla bağlı olduğu geniş şəkildə qəbul edilsə də, hadisənin bütün təfərrüatları bu günə qədər tam olaraq aydınlaşdırılmayıb. İndi isə bənzər bir aqibətlə Kampas üz-üzə qalıb.
