“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına açıqlamasında komandanın qarşısına qoyulan hədəflərdən danışıb.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı UEFA Konfrans Liqasına hazır olduqlarını deyib.

Təcrübəli mütəxəssis bu turnirdə mümkün qədər irəliləmək istədiklərini söyləyib: “Məqsədimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir. Ötən mövsüm çempionatda 4-cü yeri tutaraq avrokuboklara vəsiqə qazanmışıq. İndi bu şansı maksimum dəyərləndirmək istəyirik. Məqsədimiz yalnız iştirak etmək deyil, bacardığımız qədər çox mərhələ keçmək və uğurlu çıxış etməkdir. “Neftçi” kimi tarixi klub qarşısında hər zaman yüksək hədəflər qoyulur və komanda həm daxili çempionatda, həm də avrokuboklarda iddialı olmalıdır”.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsində qoşulacaq.

Shares: