U-19-lar arasında Uelsdə keçirilən Avropa çempionatı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, İspaniyanın çempion kimi başa vurduğu turnirdən U-20-lər arasında Azərbaycan və Özbəkistanda keçiləcək dünya çempionatına vəsiqə qazanan 4 komanda müəyyənləşib.

Yarımfinala yüksəlməklə İspaniya, Xorvatiya, Ukrayna və Almaniya bu vəzifənin öhdəsindən gəliblər. Avropadan daha bir komanda ölkəmizdəki mundialda iştirak edə bilər. Bu isə Danimarka yığmasıdır.

Pley-offda İtaliyanı penaltilər seriyası ilə üstələyən danimarkalılar konfederasiyalararası pley-off mərhələsinə adlayıb. Danimarka orada Asiya, Cənubi Amerika və Okeaniyadan bir yığma ilə mübarizə aparacaq. Oradan isə 1 komanda U-20-lərin dünya çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, dünya çempionatı 2027-ci ildə 24 komandanın iştirakı ilə təşkil olunacaq.

Shares: