İtaliya futbolunun keçmiş ulduzlarından olan Roberto Badcio yenidən A seriyasına qayıda bilər. Amma bu dəfə baş məşqçi kimi.  Futbolinfo.az xəbər verir ki, o vaxtilə formasını geydiyi "Boloniya"nı çalışdırmağa yaxındı. Roberto bu postda Stefano Piolini əvəzləyəcək.

İtaliya çempionatında çətin günlər keçirən 7 qat ölkə çempionu indi A seriyasını tərk etmək təhlükəsi ilə üzləşib. Çox güman ki, yeni ildə baş məşqçi postunda dəyişiklik olacaq. Badciodan başqa posta Canfranko Zola Alberto Malezani və Serse Kosmi də namizəddi.

Shares: