ABŞ prezidenti Donald Tramp ölkədə keçirilən futbol üzrə dünya çempionatından o qədər razı qalıb ki, növbəti mundialın da ABŞ-da, lakin bu dəfə Kanada və Meksikanın iştirakı olmadan keçirilməsini arzuladığını bildirib.

Tramp iyulun 17-də, sabah keçiriləcək İspaniya – Argentina finalı ərəfəsində dünya çempionatı münasibətilə təşkil olunan qəbulda çıxış edərək federasiyanı növbəti dəfə əsas idman tədbirinin keçirilməsini ABŞ-a həvalə etməyə çağırıb: “Yenidən Birləşmiş Ştatları seçməlisiniz. Bu dəfə Kanada və Meksikanı kənarda qoyacağıq (gülür). Başqa bir ölkəni cəlb edəcəyik. Canni İnfantino Çini təklif etdi – ora qısa uçuşdur, futbolçuların xoşuna gələcək (gülür)”.

Qeyd edək ki, FIFA 2038-ci il dünya çempionatı üçün sifarişləri artıq nəzərdən keçirməyə hazırlaşır.

Ali futbol qurumu 2030-cu il dünya çempionatının keçirilməsini İspaniya, Portuqaliya və Mərakeşə həvalə edib. Turnirin 100 illiyi münasibətilə açılış oyunları Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. 2034-cü il dünya çempionatının ev sahibi isə Səudiyyə Ərəbistanı seçilib.

2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir.

Shares: