“Bayern” “Google” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb. Tərəflər arasında əməkdaşlıq 2029-cu ilə qədər, yəni üç il davam edəcək.
Bildirilib ki, danışıqlar artıq yekunlaşıb və klub birgə fəaliyyətə başlamağa hazırdır.
İyulun 17-də “Bayern”in marketinq və satış şöbəsinin rəhbəri Ruven Kasper, eləcə də “Google”un marketinq üzrə baş direktoru doktor Anne-Katrin Hübel birgə fotosessiyada iştirak ediblər.
Tərəfdaşlıq çərçivəsində sponsorluq dəstəyinin maliyyə həcmi hələ açıqlanmayıb. “Bayern”in bu barədə yaxın vaxtlarda rəsmi bəyanat yayacağı gözlənilir.
